“MİDA” MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili kommunikasiya (elektrik enerjisi, su-kanalizasiya və rabitə) şəbəkəsinin tikintisi işlərinə 4,7 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “İNTEGRAS” şirkəti ilə 4 milyon 704,654 min manat məbləğində müqavilə bağlanıb.
Xəbər verildiyi kimi, yaşayış kompleksində 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikiləcək. Bu binalarda 718 mənzil olacaq.*
B.Rüstəmbəyov