Rusiyanın İvanovsk vilayətində İl-76 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, təyyarənin göyərtəsində 15 nəfər olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Plan uçuşu yerinə yetirən İl-76 hərbi-nəqliyyat təyyarəsi martın 12-si saat 13:00 radələrində İvanovsk vilayətində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 8 ekipaj üzvü və 7 sərnişin olub”, - deyə məlumatda bildirilir.
Qəzaya səbəb kimi mühərriklərdən birinin uçuş zamanı yanması göstərilib.*