Martın 13-də Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Xorvatiya Hökumətlərarası Komissiyasının üçüncü iclası keçiriləcək.
“Sabah biz Bakıda Hökumətlərarası Komissiyanın üçüncü iclasını keçirəcəyik”, - deyə Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç bu gün Azərbaycan-Xorvatiya biznes forumunda söyləyib.
O, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə bildirib ki, Xorvatiyanın iqtisadiyyat nazirinin (Damir Habiyan – İF) başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün bu gün axşam Bakıya gələcək. “O, Azərbaycanın mədəniyyət naziri (Azərbaycan tərəfdən komissiyanın həmsədri – İF), eləcə də iqtisadiyyat naziri ilə danışıqlar aparacaq”, – deyə səfir əlavə edib.
Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2021-ci ilin oktyabr ayında Zaqrebdə keçirilib.*
R.Kərimov