Gürcüstanda səfərdə olan Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşdə Bakı ilə Tbilisi arasında strateji əməkdaşlıq məsələlərini müzakirə edib. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün məlumat yayıb.
“Tərəflər Gürcüstanla Azərbaycan arasında strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər. Müdafiə naziri Gürcüstanın bölgədə sülhün bərqərar olması prosesinə töhfə verməyə bundan sonra da hazır olduğunu bildirib. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlıq formatının vacibliyinə diqqət çəkilib”, - deyə məlumatda bildirilir.*