2024-cü ilin yanvar-fevral aylarında dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 25,7 milyon manat ($15,11 milyon) təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
“2024-cü ilin yanvar-fevral aylarında özəlləşdirmədən dövlət büdcəsinə 18,6 milyon manat vəsait daxil olub ki, bu da 2023-cü ilin yanvar-fevral aylarının göstəricisindən 26% çoxdur. Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən isə dövlət büdcəsinə 7,1 milyon manat (2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə artım 21%) vəsaitin ödənilməsi təmin olunub”, - “İnterfaks-Azərbaycan”a Xidmətdən məlumat verilib.
2024-cü ilin yanvar-fevral ayları ərzində 10 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 98 nəqliyyat vasitəsi özəlləşdirilib.
Həmçinin, hesabat dövründə 78-i qeyri-yaşayış, 375-i isə torpaq sahələri üzrə olmaqla 453 yeni icarə müqaviləsi bağlanılıb.**
B.Rüstəmbəyov