2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda yanacaq istehlakçıları 449,4 milyon manat (cari məzənnə ilə $264,4 milyon - İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2023-cü ilin yanvar-fevral ayıarının göstəricisindən 10% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,3% gəlir əldə edilib.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri 2,3 manat, Aİ-92 markalı benzinin 1 litri 1 manat, dizel yanacağının 1 litri 0,8 manat təşkil edir.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycanda yanacaq istehlakçıları 3 milyard 63,4 milyon manat (cari məzənnə ilə $1 milyard 802 milyon - İF) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar ki, bu da 2022-ci ilin göstəricisindən 8,1% çoxdur. **
N.Abbasova