2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 milyard 638,1 milyon manat məbləğində, yaxud 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 15,5% çox vəsait yönəldilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5%, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 17,1% artıb.
İstifadə olunmuş vəsaitin 1 milyomn 439,7 milyon manatı və ya 54,6%-i məhsul istehsalı sahələrinə, 1 milyard 64,7 milyon manatı (40,3%-i) xidmət sahələrinə, 133,7 milyon manatı (5,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-fevralda əsas kapitala yönəldilmiş vəsaitlərin 516,8 milyon manatını və ya 19,6%-ni xarici investisiyalar, 2 milyard 121,3 milyon manatını və ya 80,4%-ni daxili vəsaitlər təşkil edib.
Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 921,3 milyon manatı və ya 72,8%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2023-cü ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 9,8% artıb.**
B.Rüstəmbəyov