2023-cü il dekabrın 31-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə Bakıda yaşayan vətəndaşlara 37,337 min ipoteka krediti verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Dekabrın 31-nə İKZF-nin xətti ilə 47,851 min ipoteka krediti verilib. Beləliklə, fondun xətti ilə verilən bütün ipoteka kreditlərinin 78%-i Bakı şəhərinin payına düşüb.
2023-cü il dekabrın 31-nə Sumqayıtda 3,514 min, Abşeron rayonunda (Xırdalan) 3,806 min, Gəncədə 1,572 min, Naxçıvanda 599 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.
Fondun məlumatına əsasən, 2023-cü ilin sonuna İKZF-nin müvəkkil bankları tərəfindən 2,749 milyard manat məbləğində kredit təkrar maliyyələşdirilib.
Verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 878 milyon manat, o cümlədən güzəştli kreditlər 865 milyon manat (ipoteka kreditlərinin ümumi həcminin 30,06%-i) təşkil edib.
İpoteka krediti götürənlər arasında 30-35 yaş arasında olan şəxslər (16,201 min kredit, bütün ipoteka kreditlərinin 33,86%-i), 18-29 yaş arasında olan şəxslər (16,047 min kredit, bütün ipoteka kreditlərinin 33,54%-i) və 35 yaşdan yuxarı şəxslər (15,603 min, bütün ipoteka kreditlərinin 32,61%-i) üstünlük təşkil edir
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 94%-i çoxmərtəbəli yaşayış binalarında mənzillərin, 6%-i fərdi evlərin alınması ilə bağlıdır. İpoteka kreditlərinin 32,64%-i sahəsi 41-60 kvadratmetr, 29,41%-i sahəsi 61-80 kvadratmetr, 15,27%-i sahəsi 81-100 kvadratmetr olan mənzillərin alınması üçün verilib.
İpoteka yolu ilə alınan mənzillərin 33,25%-nin qiyməti 60-90 min manat, 31,84%-nin qiyməti 30-60 min manat, 19,21%-nin qiyməti 120 min manatdan artıq, 14,38%-nin qiyməti 90-120 min manat, 1,32%-nin qiyməti isə 30 min manata qədərdir.
İpoteka yolu ilə mənzil alanların 68%-i evil şəxslər, 79%-i kişilərdir. Borcalanların 64,62%-nin aylıq gəliri 1,1 min manatı ötür.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
X.Nəsirzadə