Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyan iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.
"Xorvatiyanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Damir Habiyan ilə görüşdə ikitərəfli iqtisadi əlaqələrin prioritetlərini nəzərdən keçirdik: birgə investisiyaların və ticarətin təşviqi; alternativ enerji və sənaye sahələrində əməkdaşlığın dəstəklənməsi; işgüzar dairələr arasında tərəfdaşlığın gücləndirilməsi”, - Cabbarov “X” platformasında yazıb. **
B.Rüstəmbəyov