Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib ki, “bp” şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos ilə görüşdə dekarbonizasiya məsələləri, yaşıl enerji sahsində layihələr müzakirə edilib.
“SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə həmkarlarla birlikdə “bp” şirkətinin baş icraçı direktoru Mürrey Aukinklos ilə keçirdiyimiz görüşdə ikitərəfli əməkdaşlığın nəticələrini, eləcə də birgə fəaliyyətin yaşıl enerjiyə keçid, dekarbonizasiya, kəşfiyyat və hasilat layihələri istiqamətində gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, - Cabbarov “X” platformasında yazıb.
Nazir həmçinin qeyd edib ki, “bp” şirkətinin Azərbaycanla davamlı tərəfdaşlığın genişləndirilməsinə sadiqliyi və bərpaolunan enerji layihələrində iştiraka marağı ifadə edildi. **
B.Rüstəmbəyov