Moskva Rusiya sərhədçilərinin İrəvanın hava limanından çıxarılması qərarı barədə diplomatik kanallar vasitəsilə bildiriş almayıb. Bu barədə RF XİN-in rəsmisi Mariya Zaxarova məlumat verib.
«Biz Ermənistan rəhbərliyinin şərhlərini gördük, bu mövzuda müvafiq bildiriş idarə xətti ilə göndərilib, diplomatik kanallar vasitəsilə heç nə almamışıq», - o, çərşənbə günü keçirilən brifinqdə bildirib.
Zaxarova bununla əlaqədar bütün qərarların idarələrarası xətt ilə qəbul olunacağına ümid etdiyini bildirib.
XİN-in nümayəndəsi əlavə edib ki, «qeyd olunan elanlar Ermənistan tərəfindən rəsmi İrəvanın bir sıra qeyri-dost addımları və bəyanatları fonunda edilib». «Çətin ki, bu cür təşəbbüslər Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına cavab verir, xüsusilə Rusiya və Ermənistan sərhədçilərinin uzun illər ərzində çiyin çiyinə səmərəli fəaliyyətini nəzərə alarsaq», - Zaxarova bəyan edib. **