Azətrbaycan prezidüenti İlham Əliyev çərşənbə günü Asif Əli Zərdariyə Pakistan İslam Respublikasının prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik ünvanlayıb, İslamabadla münasibətlərin inkişafının əhəmiyyətini qeyd edib.
“Qardaş Pakistan ilə möhkəm təməllər üzərində qurulmuş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır”, - Azərbayan liderinin saytında dərc olunan sənəddə deyilir.
Əliyev əmindir ki, Bakı və İslamabad “qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmləndirilməsi və dərinləşdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığın xoş ənənələrinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcək”. **
İnformasiya şöbəsi