Avropa Parlamenti (AP) çərşənbə günü Ermənistana Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi imkanına baxılmasını təklif edən, habelə İrəvanla Aİ arasında əməkdaşlığın genişləndirilməsini dəstəkləyən qətnamə qəbul edib.
AP-nın 504 üzvü sənədin lehinə, dörd nəfər əleyhinə səs verib, 32 nəfər bitərəf qalıb.
«AP hesab edir ki, əgər Ermənistan Aİ-nin üzvlüyünə namizəd statusunun verilməsində və onun demokratiyasını möhkəmləndirən ardıcıl islahatlar yolunu davam etdirməkdə maraqlı olarsa, bu, Aİ-Ermənistan münasibətlərində dəyişiklik üçün zəmin hazırlaya bilər», - qətnamənin mətnində deyilir.
Bundan əlavə, AP İrəvanın «KTMT-yə üzvlüyünü yenidən nəzərdən keçirərkən» Aİ ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin «kəskin zəruriliyi» bildirib. Qətnamədə Ermənistanın dəstək və erməni hərbçilərinə dəstək göstərmək sorğularına reaksiya vermək çağırışı yer alır.
Bununla yanaşı, qətnamədə qeyd olunur ki, Aİ «Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təhdid edən» istənilən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etməyə hazır olmalıdır.
Həmçinin, AP Ermənistan ilə Azərbaycan arasında «həll olunmamış bütün məsələlərə dair” danışıqların bərpa olunmasına dəstək verdiyini bildirərək, hər iki tərəfi «dialoq və danışıqlar yolu ilə uzun müddətdir davam edən mübahisənin davamlı və sülh yolu ilə həllinə» sadiqliyi qorumağa çağırıb. Sənəddə vurğulanır ki, ölkələr arasında dialoq hər iki dövlətin suverenliyinin, ərazi bütövlüyünün tanınmasına və güc tətbiq etməməsinə əsaslanmalıdır.
Avropa Parlamenti Türkiyəyə və Azərbaycanın digər müttəfiqlərinə sülh yolu ilə həllə kömək etməyə çağırıb. **