Türkiyə və Rusiyanın xarici işlər nazirlərinin müavinləri Burak Akçapar və Mixail Qaluzin martın 13-də Ankarada məsləhətləşmələr aparıblar.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiya Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, Cənubi Qafqazdakı vəziyyət Ankara və Moskva təmsilçiləri arasında əsas müzakirə mövzularından biri olub.
“Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilir.*
R.Əhmədov