Neftçala Rayon İcra Hakimiyyəti 3 şirkətlə ümumilikdə 1 milyon 616,719 min manat məbləğində müqavilələr bağlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən bildirir ki, “Avtoyoltikintiservis” MMC ilə bağlanmış müqavilə avtomobil yollarının əsaslı təmirini nəzərdə tutur. Müqavilənin məbləği 405,395 min manatdır.
“ŞABRAN-D” MMC ilə bağlanmış müqavilə mənzil fondunun əsaslı təmir işlərini nəzərdə tutur. Müqavilənin məbləği 202,508 min manatdır.
“BAKU BUILDING” MMC ilə bağlanmış müqavilə isə Neftçala rayonu üzrə abadlıq işlərinin satın alınmasını nəzərdə tutur. Müqavilənin məbləği 1 milyon 8,816 min manatdır.*
X.Nəsirzadə