2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş antiterror əməliyyatından sonra Azərbaycan hərbçiləri Ermənistan silahlı qüvvələrinin və separatçıların bir milyard dollara yaxın məbləğdə hərbi texnika və silahını müsadirə edib. Bunu Prezident İlham Əliyev deyib.
“Sonuncu antiterror əməliyyatından (19-20 sentyabr 2023-cü il) sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində (2020-ci ilin payızında – İF) götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi”, - deyə dövlət başçısı martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
“Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”, - deyə prezident əlavə edib.*
B.Rüstəmbəyov