Fransanın Azərbaycana qarşı mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyi ilə tamamilə ziddiyyət təşkil edir. Bunu Prezident İlham Əliyev martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
“Fransanın mövqeyi (Azərbaycana qarşı – İF) beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib. Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyası tamamilə qeyri-adekvat olub.
Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib.*
R.Kərimov