2024-cü ilin yanvar-fevral aylarında Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə sahibkarlara 23,2 milyon manat güzəştli kredit verilib.
Fevralda 12,5 milyon manat məbləğində kredit verilib.
“İnterfaks-Azərbaycan” agentliyi SİF-ə istinadla bildirir ki, 647 layihənin (fevralda 466 layihə) həyata keçirilməsi üçün verilən güzəştli kreditlər hesabına 297 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
2023-cü ildə SİF-in xətti ilə sahibkarlara 193,8 milyon manat məbləğində güzəştli kredit verilib.*
B.Rüstəmbəyov