NATO baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Gürcüstana səfər etməyi planlaşdırır.
“Mən bir neçə dəfə Gürcüstanda olmuşam, tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda yenidən bu ölkəyə səfər edəcəyəm. Mənim Gürcüstana mesajım, əlbəttə, islahatlardır ki, bu da vacibdir. NATO əsas dəyərlərə - demokratiyaya, qanunun aliliyinə əsaslanır və Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda bu standartlara cavab verməsi vacibdir”, - deyə Stoltenberq bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gürcüstan NATO-nun dəyərli tərəfdaşıdır və bütün Avropa ölkələri kimi onun da öz yolunu seçmək hüququ var.*