Cümə axşamı Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov etimadnaməsini Efiopiya prezidenti Sahle-Vork Zevdeyə təqdim edib.
“İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın Efiopiyadakı səfirliyindən verilən məlumata görə, tərəflər Azərbaycan-Efiopiya əlaqələrinin perspektivləri,iqtisadi, siyasi, humanitar, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Efiopiya prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb və zəruri köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev 10 oktyabr 2023-cü ildə Ruslan Nəsibovu Azərbaycanın Efiopiyadakı yeni səfiri təyin edib. **
R.Kərimov