2023-cü ildə Azərbaycanda 4 min 550 ton bal istehsal edilib, bu da 2022-ci ilin göstəricisindən 38,9% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
DSK-nın məlumatına görə, 2023-cü ildə 30,802 min təsərrüfatda (azalma 6,5%) mövcud olan 597,3 min arı ailəsindən (azalma 9%) 172,7 ton mum (azalma 0,9%), 14,9 ton vərəmum (azalma 22%), 8,9 ton güləm (azalma 62%) və 281,1 kq arı südü (azalma 25,9%) əldə olunub.
«2023-cü ildə bal və arı məhsullarının istehsalının azalması əlverişsiz hava şəraiti ilə əlaqədar olub», - Komitədən vurğulayıb.
Balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat (2022-ci ildə 26,7 manat), mumun - 15,9 manat (14,7 manat), vərəmumun – 97,2 manat (91 manat), güləmin - 132,7 manat (131,7 manat), arı südünün 1 qramının orta satış qiyməti isə 6 manat (5,6 manat) olub. **
R.Əhmədov