2024-cü ilin yanvar-fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 302 milyon manat və ya ÜDM-in 7%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2024-cü ilin yanvar ayında operativ məlumatlara əsasən, Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 742,2 milyon manat və ya ÜDM-in 19,1%-ni təşkil edib.
Maliyyə Nazirliyinin operativ məlumatlarına görə, 2024-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 6 milyard 555 milyon manat (2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə artım 11,5%), xərcləri – 5 milyard 253 milyon manat (artım 43,5%) təşkil edib.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda ÜDM-in nominal həcmi 18 milyard 576,9 milyon manat təşkil edib.
2024-cü il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri – 36 milyard 763 milyon manat səviyyəsində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 2 milyard 590 ilyon manat və ya ÜDM-in 2,2% səviyyəsində proqnozlaşdırılıb. **
R.Əhmədov