Birləşmiş Millətlər Təşkilatında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ümid edirlər. Bu barədə BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Frensis bəyan edib.
"BMT Baş Assambleyası Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşlərin bərpasını və iki ölkənin xarici işlər nazirlərinin görüşünün ardınca keçirilən Münhen görüşünü (Azərbaycan və Ermənistan liderlərinin - İF) yüksək qiymətləndirir. Biz sülh və təhlükəsizliyin, eləcə də irəliləyişin əldə edilməsi və bərpası üçün əlavə addımlar atılacağına inanırıq və gözləyirik", - Frensis cümə günü Bakıda keçirilən XI Bakı Qlobal Forumunda çıxışında deyib.
Azərbaycan KİV məlumat verir ki, onun sözlərinə görə, BMT Baş Assambleyası iki ölkə arasında «beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində» sülh sazişinin imzalanmasına ümid edir. **
R.Kərimov