2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 4 milyon 772,5 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2023-cü ilin eyni dövrünün göstəricisindən 6,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 4 milyon 762 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib, azalma 6,7% olub.
Yanvar-fevral aylarında Azərbaycanda 8 milyard 245,7 milyon kubmetr qaz (artım 3%), 6 milyard 305,6 milyon kubmetr əmtəəlik qaz (artım 4%) hasil edilib.
Fevralda Azərbaycanda 2,3 milyon tondan çox neft (2023-cü ilin fevral ayının göstəricisi ilə müqayisədə azalma 4,2% - İF) və 3 milyard kubmetr qaz (2023-cü ilin fevral ayı ilə eyni səviyyədə - İF) hasil edib.
2023-cü ildə Azərbaycanda 30 milyon 189,6 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib ki, bu da 2022-ci ilin göstəricisindən 7,5% azdır. Qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr (artım 3,8%), əmtəəlik qaz hasilatı 36 milyard 413,8 milyon kubmetr həcmində (artım 4,2%) olub.
Azərbaycan hökumıti 2024-cü ildə kondensatla buirlikdə neft hasilatını 29 milyon 492,3 min ton, qaz hasilatını – 49 milyard 63,6 milyon kubmetr, həmçinin əmtəəlik qaz hasilatını – 36 milyard 779,6 milyon kubmetr səviyyəsində proqnozlaşdırır. **
N.Abbasova