2023-cü ilin yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatları $68,5 milyarda çatıb. Bu barədə Azərbacanın baş naziri Əli Əsədov məlumat verib.
“2023-cü ildə Azərbaycanın valyuta ehtiyatları 17% və ya $10 milyard artaraq $68,5 milyarda çatıb”, - Əsədov Milli Məclisin cümə günü keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, ötən il Azərbaycanın xarici borcu 3,5% - $6,146 milyardadək azalıb. “Bu, ÜDM-in 8,9%-ni təşkil edir”, - baş nazir əlavə edib. **
B.Rüstəmbəyov