Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq ictimaiyyəti Ermənistanı sülhə təşviqetməyə çağırıb.
Bayramov cümə günü brifinqdə məlumat verib ki, bu gün Bakıda Türkiyə və Gürcüstan XİN rəhbərləri ilə üçtərəfli görüşdə Türkiyə və Gürcüstandan olan həmkarlarını Azərbaycanın Ermənistanla sülh prosesi çərçivəsində atdığı addımlar barədə məlumatlandırıb.
"Türkiyə və Gürcüstandan olan həmkarlarıma Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində Azərbaycanın atdığı addımlar, azad edilmiş ərazilərin minatəmizləmə prosesi, ərazilərin bərpası barədə məlumat verdim. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülh üçün tarixi şans yaranıb. Sülh prosesi beynəlxalq hüquqa əsaslanmalıdır. Azərbaycan regionda sülh üçün addımlarını davam etdirəcək", - Bayramov bildirib.
Eyni zamanda o, Ermənistanı revanşist niyyətlərindən çəkinməyə çağırıb. «Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə doğru müsbət addımlar atmağa təşviq etməlidir», - deyə Azərbaycan xarici işlər naziri əlavə edib. **
X.Nəsirzadə