Azərbaycan hökuməti 2027-ci ilə qədər azad edilmiş ərazilərin – Qarabağ və Şərqi Zəngəzurun bərpasına investisiyaları 32 milyard manat (cari məzənnə ilə $18,8 milyard) həcmində qiymətləndirir. Bu barədə Azərbacanın baş naziri Əli Əsədov bəyan edib.
“2027-ci ilə qədər işğaldan azad edilmiş ərazilərin bərpasına 32 milyard manat tələb olunur. 2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 milyard manat, həmçinin, 2023-cü ildə - 5,6 milyard manat vəsait ayrılıb”, - Əsədov Milli Məclisin cümə günü keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
O cümlədən, baş nazir məlumat verib ki, 2024-cü ildə regionun bərpası üçün layihələrə dövlət büdcəsindən 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur.
**
B.Rüstəmbəyov