Azərbaycan hökuməti 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda minalardan və partlamamış mərmilərdən 60 min hektar ərazini təmizləməyi planlaşdırır. Bu barədə Azərbacanın baş naziri Əli Əsədov bəyan edib.
"Bu gün işğaldan azad edilmiş ərazilərdə 123 min hektar ərazi minalardan və partlamamış mərmilərdən təmizlənib. 2023-cü ildə bu işlər 53,1 min hektar ərazidə həyata keçirilib", - Əsədov Milli Məclisin cümə günü keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, 2024-ci ildə daha 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. **
B.Rüstəmbəyov