Azərbaycan hökuməti 2023-cü ildə müdafiə və milli təhlükəsizliyə büdcə xərclərini 2022-ci illə müqayisədə 19,6% təxminən 5,9 milyard manatadək (cari məzənnə ilə $3,5 milyarda yaxın) artırıb”, - baş nazir Əli Əsədov məlumat verib.
“2023-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə təqribən 5,9 mlrd. manat vəsait ayrılıb. Bu, 2022-ci illə müqayisədə 19,6% çoxdur”, - Əsədov Milli Məclisin cümə günü keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırır. “Bu səbəbdən, Azərbaycanda müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması davam etdiriləcək”, - deyəo əlavə edib ki, dövlət büdcəsində ən böyük xərclər növbəti illərdə hərbi xərclər olacaq. **
B.Rüstəmbəyov