Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Tehrana səfər zamanı iranlı həmkarı Əli Əkbər Mehrabian ilə Azərbaycan-İran enerji əməkdaşlığı məsələləri müzakirə olunub.
“Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. Xudafərin və Qız qalası hidroqovşaqları və su elektrik stansiyasıları, Ordubad SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılmasıməsələlərini müzakirə etdik”,- Şahbazov “X” hesabında yazıb.
O əlavə edib ki, Mehrabian ilə görüşdə həmçinin elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələləri müzaklirə olunub. **
N.Abbasova