2024-cü ilin yanvar ayında Azərbaycana 70,145 min ton buğda idxal edilib ki, bu da 2023-cü ilin yanvar ayının göstəricisindən 50,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $16 milyon 283,9 min (azalma 62,5%) təşkil edib.
Beləliklə, Azərbaycanın yanvarda buğdanın qiyməti bir ton üçün $232,14 (2023-cü ilin yavar ayında alınmış buğdanın orta qiyməti bir ton üçün $258,63 olub – İF-Az) təşkil edib.
Hesabat dövründə Azərbaycana $22 milyon 604,9 min dəyərində (artım 2,2 dəfə) 19,849 min ton bitki yağı (artım 2,7 dəfə), $4 milyon 724 min dəyərində (azalma 20,6%) 922,7 ton çay (azalma 16,9%), $5 milyon 441,8 min dəyərində (azalma 6%) 1,022 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 11,1%) idxal edilib.
Bununla yanaşı, respublikaya $2 milyon 604,9 min dəyərində (artım 89,1%) 687,6 ton iribuynuzlu heyvan əti (artım 69,2%), $4 milyon 941,8 min dəyərində (artım 76,6%) 3,241 min ton quş əti və quş əti məhsulları (azalma 76%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $17 milyon 63,2 min dəyərində (artım 47,8%) 15,327 min ton meyvə (artım 59 5%), $2 milyon 542,2 min dəyərində (artım 47,8%) 4,551 min ton tərəvəz (artım 65,4%), $5 milyon 516 min dəyərində (artım 50,5%) 20,816 min ton kartof (azalma 59,5%) idxal edilib.
Yanvarda ölkədən $17 milyon 844,3 min dəyərində (artım 48,3%) 13,942 min ton tərəvəz (artım 15,3%), $352 milyon 946,8 min dəyərində (artım 10,6%) 34,867 min ton meyvə (artım 22,3%), $130,8 milyon dəyərində (azalma 19,7%) 285,8 ton kartof (azalma 11,7%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $1 milyon 35,4 min dəyərində (azalma 78,3%) 1,401 min ton şəkər (azalma 78,1%), $1 milyon 486,6 min dəyərində (artım 19 dəfə) 791,8 ton bitki yağı (artım 27 dəfə) ixrac edilib.
Yanvarda Azərbaycan $1 milyon 875,1 min dəyərində (artım 50%) 1,405 min ton meyvə və tərəvəz şirələri (artım 29,6%), $11,2 min dəyərində (azalma 79,8%) 2,7 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 6,5%), $1 milyon 275,8 min dəyərində (artım 22,6%) 586,3 ton meyvə və tərəvəz konservləri (azalma 14%), $1 milyon 979,9 min dəyərində (artım 7,2 dəfə) 702,4 min ton tütün (artım 4 dəfə), $345,6 min dəyərində (azalma 43,6%) 34,9 ton çay (azalma 50,6%) ixrac edib.**
B.Rüstəmbəyov