2024-cü ilin yanvar-fevral ayılarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 11 milyard 190,3 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 4,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda orta illik inflyasiya 1,3% təşkil edib.
Statistik məlumatlara görə, yanvar-fevralda əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 4,1% - 1 min 98,8 manata qədər artıb.
Bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 9 milyard 644,7 milyon manat qalır ki, bu da 2023-cü ilin yanvar-fevral aylarının göstəricisindən 4,5% çoxdur, əhalinin hər nəfərinə düşən gəlirlər 947 manat (artım 3,9%) təşkil edib.**
X.Nəsirzadə