Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 10,2 milyard manatlıq və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,1% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 0,9% azalıb, qeyri neft-qaz sektorunda isə 11,2% artıb.
Sənaye məhsulunun 63,9%-i mədənçıxarma sektorunda, 29,5%-i emal sektorunda, 5,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2%,metallurgiya sənayesi məhsullarının istehsalı 75,9%, əczaçılıq məhsullarının istehsalı 51%, mebel istehsalı 37,9%, geyim istehsalı 37,1%, tikinti materiallarının istehsalı 35,1%, maşın və avadanlıqların istehsalı və quraşdırılması 34%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7%, içkilərin istehsalı 28,9%, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,4%, elektrik avadanlıqlarının istehsalı 18,3%, kompüter,14,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 6,7%, neft məhsullarının istehsalı 6,6%, qida məhsullarının istehsalı 3,9%, kağız və karton istehsalı 1,8% artıb.
Tütün məmulatlarının istehsalı 0,6%,%, hazır metal məmulatlarının istehsalı 2,4%, poliqrafiya məhsullarının istehsalı 4,2%, maşın və avadanlıqların istehsalı 15,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 65,6 elektrik avadanlıqlarının istehsalı 38,1%, sair sənaye məhsullarının istehsalı 47,9%, sair nəqliyyat vasitələrinin istehsalı 50,4%, azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,9% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 22,7% artıb.
2023-cü ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 66,6 milyard manat təşkil edib ki, real azalma 1,1% səviyyəsində qiymətləndirilir. **
N.Abbasova