2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 574 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 25,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda 406 ədəd avtomobil, fevralda – 168 ədəd avtomobil istehsal edilib.
1 mart 2024-cü il tarixinə anbarlarda 232 ədəd (2024-cü il fevrarın 1-nə 266 ədəd) minik avtomobili var.
Yanvar-fevralda Azərbaycanda 112 ədəd traktor (azalma 31,7%) istehsal edilib. 2024-cü il martın 1-nə anbarlarda 10 ədəd traktor var.
Bundan başqa, yanvar ayında 149 ədəd yük avtomobili (artım 33%) istehsal edilib. Martın 1-nə anbarlarda 64 ədəd yük avtomobili var.
Hazırda Neftçala, Hacıqabul və Naxçıvanda minik avtomobillərinin istehsalı üzrə üç, Gəncədə isə kənd təsərrüfatı texnikası və yük avtomobillərinin istehsalı üzrə bir zavod fəaliyyət göstərir. Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2023-cü ildə Azərbaycanda 3738 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin göstəricisindən 82,4% çoxdur.**
B.Rüstəmbəyov