2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 6,6% - 812,4 milyon manata qədər ($477,9 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-fevral aylarında 248,9 min ton avtomobil benzini (artım 14,8%), 383,6 min ton qazoyl /dizel yanacağı (artım 7,8%), 102,7 min ton təyyarə yanacağı (artım 19,8%), 32,1 min ton neft bitumu (artım 58,9%)istehsal edilib.
Hesabat dövründə 9,1 min ton sürtkü yağları (azalma 25,4%), 37,5 min ton maye qaz (azalma 17,9%), 40,5 min ton neft koksu (azalma 2,2%) istehsal edilib.
Yanvar-fevralda mazut istehsal olunmayıb.
2024-cü il martın 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 53,8 min ton avtomobil benzini, 44 min ton təyyarə yanacağı, 127,6 min ton qazoyl (dizel yanacağı), 1,5 min ton mazut, 3,9 min ton sürtkü yağları, 3,5 min ton maye qaz, 11,6 min ton neft bitumu və 39,5 min ton neft koksu var.**
N.Abbasova