2023-cü ildə Azərbaycanda 3 min 602,9 ton kvotaya qarşı 3 min 597,1 ton balıq ovlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci illə müqayisədə kvota üzrə balıq ovu iki dəfə artıb.
2023-cü ilin yekunları üzrə balıq ovu üçün verilmiş kvotanın 99,8%-i (2022-ci ildə 99,7%-i) istifadə edilib.
Hesabat ilində 313 hüquqi və fiziki şəxs balıq ovu ilə məşğul olub.
2023-cü ildə balıq ovu üçün verilmiş kvota çərçivəsində ovlanmış balığın 3 min 76,2 tonu kilkə, 99 tonu kütüm, 87 tonu kefal, 87 tonu siyənək, 56,8 tonu külmə, 38,2 tonu çəki, 34,4 tonu çapaq, 34,4 tonu dabanbalığı, 19,4 tonu sıf, 10 tonu şamayı, 4,9 tonu naxa, qalanı digər balıq növlərinin payına düşüb.
Ötən il balıqçılar tərəfindən kvota üçün 185,2 min manat ödənilib.
2023-ci ildə 66,452 min ton balıq ovlanıb (kvota çərçivəsində balıq ovu nəzərə alınmaqla) ki, bu da 2022-ci illə müqayisədə 1,1% çoxdur.**
X.Nəsirzadə