Almaniya, Fransa və Polşa Ukraynaya köməyi artırmaq niyyətindədirlər, lakin bu ölkələrin Rusiya ilə müharibə vəziyyətində olması demək deyil. Bu barədə cümə günü Almaniya kansleri Olaf Şolts bəyan edib.
"Biz Ukraynanı dəstəkləyirik, lakin Rusiya ilə müharibə şəraitində deyilik (...) İndi biz Ukraynaya daha çox necə kömək edə biləcəyimizi müzakirə etdik", - deyə o, Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında bildirib.
O, həmçinin bildirib ki, danışıqlar iştirakçıları beynəlxalq bazarlarda Ukrayna üçün silah almaq, artilleriya tədarükünü artırmaq barədə razılığa gəliblər. **