Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Novruz bayramı münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Bu barədə Azərbaycan liderinin mətbuat xidmətindən məlumat verilir.
“Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm”, - təbrikdə deyilir. **
V.Əliyev