Şənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşdə bəyan edib ki, Ermənistanın mina xəritlərini təqdim etməkdən imtina etməsi Azərbaycan vətəndaşlarının həyatına təhdid törədir
Azərbaycan XİN-in məlumatında deyilir ki, görüşdə BMT İnkişaf Proqramı çərçivəsində əməkdaşlıq gündəliyi, mövcud perspektivlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
Məlumata əsasən, postmünaqişə dövründə ölkə tərəfindən görülən bərpa-quruculuq, habelə sülh səylərindən bəhs edən Bayramov “Ermənistan tərəfindən ərazilərimizin kütləvi şəkildə minalanmasının, həmçinin bu ölkənin minalanmış ərazilər barədə məlumatları təqdim etməkdən imtina etməsinin vətəndaşlarımızın həyat və sağlamlığına, habelə aparılan bərpa işlərinə təhdid törətdiyini” diqqətə çatdırıb. Minaların təmizlənməsi işində beynəlxalq səylərin səfərbər olunmasının zəruriliyi vurğulanıb.
A.Ştayner BMT İnkişaf Proqramı tərəfindən mina təhlükəsinə qarşı mübarizəyə, o cümlədən bu istiqamətdə təşəbbüslərin müzakirəsinə əhəmiyyət verildiyi bildirilib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. **
V.Əliyev