Şənbə günü Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan özbəkistanlı həmkarı Raxmatulla Nurimbetov ilə görüşüb.
Azərbaycan XİN-dən məlumat verilir ki, ali səviyyəli siyasi dialoq iki qardaş ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də yeni məzmunla zənginləşdirilməsində əsas rol oynayır.
Həmçinin ikitərəfli münasibətlərin bütün sahələrində müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edilərək, əməkdaşlığın daha da dərinləşdirilməsinə dair gələcək fəaliyyətlərdən danışılıb.
Məlumatda qeyd olunur ki, görüş zamanı qarşılıqlı maraq doğuran digər mühüm regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. **
V.Əliyev