Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır, 2023-cü ilin yekunları üzrə təxminən 15% artaraq $900 milyona yaxın təşkil edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.
“Gürcüstan hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində Gürcüstanda çox gözəl sərmayə iqlimi yaradılıb. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Təbii ki, bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur”, - Azərbaycan lideri bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Əlie vurğulayılb ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq: “Xüsusilə, Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması (modernizasiyadan sonra - İF) hesab edirəm ki, böyük nailiyyətlərdən biridir”.
Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib: “Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.
Gürcüstanla enerji sahəsində əməldaşlığa toxunan Azərbaycan lideri qeyd edib ki, Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.
“Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq”, - Əliyev əlavə edib. **
V.Əliyev