Meksikada 30-a yaxın Gürcüstan vətəndaşı artıq üçüncü gündür ki, narkokartel dəstələrin biri tərəfindən girov götürülüb. Bu barədə Gürcüstanın “Mtavari arxi” telekanalı xəbər verir.
Telekanalın məlumatına görə, Meksika sərhədində 30 gürcü vətəndaşı daxil olmaqla, ümumilikdə 120-yə yaxın şəxs oğurlanıb. Qaçıranlar 90 min dollar məbləğində pul tələb edirlər.
Gürcüstan Xarici İşlər Nazirliyindən jurnalistlərə verilən məlumata görə, ölkənin Meksikadakı səfirliyi artıq Meksika miqrasiya xidməti ilə əlaqə saxlayıb və Gürcüstan vətəndaşlarının mümkün yerini tapmağa çalışır. **