Venesuela Vahid Sosialist Partiyası şənbə günü ölkənin hazırkı prezidenti Nikolas Maduronu iyulda keçiriləcək prezident seçkilərində partiyadan namizəd elan edib.
Beləliklə, o, yayda baş tutacaq seçkilərində Venesuela prezidenti vəzifəsinə üçüncü müddətə namizəd olacaq. Maduro 2013-cü ildən dövlət başçısı vəzifəsini icra edir: o, ölkənin keçmiş lideri Huqo Çavesin ölümündən sonra hakimiyyətə gəlib.
Venesuelada prezident seçkiləri 28 iyul 2024-cü il tarixində keçiriləcək. **