Bazar gününə keçən gecə Israilin qırıcı təyyarələri «Hizbullah»ın Livanın cənubundakı hərbi kompleksinə zərbə endiriblər. Bu barədə İsrail Müdafiə Ordusundan (İMO) xəbər verilir.
Bəyanatda deyilir ki, İsrail Hərbi Hava Qüvvələri Hiam şəhərində «Hizbullah»IN kompleksinə zərbə endirib. Bundan bir müddət əvvəl İMO ölkənin şimalındakı Akko şəhərinin sahilində «şübhəli hava hədəfini» ələ keçirib.
İsrailin qırıcı təyyarələri həmçinin Kafar-Kila yaşayış məntəqəsində «Hizbullah»ın müşahidə postuna zərbə endiriblər.
Livandan Israil istiqamətində bir neçə raket buraxılışı qeydə alınıb. Qurbanlar barədə məlumat daxil olmayıb. İsrailin bəzi sərhəd yaşayış məntəqələrində raket atəşi barədə xəbərdarlıq sirenasının səsləri yayılıb. **