Qəzza zolağında Rəfahda mülki şəxslər arasında çox sayda qurbanlar ilə nəticələnə biləcək əməliyyat, bölgədə sülhə nail olmağı çətinləşdirəcək. Bu barədə Almaniya kansleri Olaf Şolts İordaniya kralı II Abdullahilə görüşün yekunlarına dair bəyan edib.
«Tam aydındır ki, vəziyyətin daha da pisləşməməsi üçün əlimizdən gələni etməliyik», - “Əl-Cəzirə” telekanalı onun sözlərindən sitat gətirir.
«Israil özünü müdafiə etmək hüququna malikdir, lakin eyni zamanda, Qəzza zolağında Rəfaha qaçan insanların orada aparılan hərbi əməliyyat səbəbindən təhlükəyə məruz qalması məqsələsi olmamalıdır», - Şolts hesab edir.
Onun sözlərinə görə, bu əməliyyat nəticəsində çox sayda dinc vətəndaş həlak ola bilər.
«Uzunmüddətli atəşkəs bizə yerüstü hücumun qarşısını almağa imkan verərdi», - Almaniya kansleri deyib.
Eyni zamanda, bazar günü İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərdiyinə görə tənqid edib və bunun əvəzinə HƏMAS və ya İrana təsir etməyə çağırıb.
O, İsrailin Rəfahda əməliyyatının qaçılmaz olduğunu vurğulayıb.
«Heç bir beynəlxalq təzyiq bizi müharibədə bütün hədəflərimizə nail olmaq qarşısında dayandıra bilməz: HƏMAS-ı məhv etmək, bütün girovları azad etmək və Qəzza zolağının artıq İsrailə təhlükə yaratmayacağına zəmanət», - o deyib.
«Bu, bir neçə həftə çəkəcək, lakin baş verəcək», - Netanyahu əlavə edib. **