NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanın bəzi Alyans ölkələri ilə enerji təhlükəsizliyinin təminatı üzrə fəaliyyətini alqışlayıb.
"Mən enerji təhlükəsizliyini müzakirə etmək imkanı əldə etdim. Enerji bizim təhlükəsizliyimiz üçün əhəmiyyət kəsb edir. Mən Azərbaycanın bəzi NATO müttəfiqləri ilə yaxın enerji əlaqələrini inkişaf etdirməsini alqışlayıram", - Stoltenberq bazar günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
O, həmçinin 2024-cü ilin noyanrında Azərbaycanda keçiriləcək COP29 qlobal iqlim sammitini əməkdaşlığın mühüm məqam adlandırıb. «Bu, iqlim dəyişikliyindən narahat olan hər kəs üçün vacibdir, lakin bizim təhlükəsizliyimiz üçün də vacibdir, çünki bu məsələlər sıx əlaqəlidir», - Stoltenberq əlavə edib.
Həmçinin, NATO-nun baş katibi Alyansın, o cümlədən Kosovo və Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəyə və missiyalarına görə Azərbaycana təşəkkür edib. **
R.Əhmədov