Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla münasibətlərin nizamlanması üçün yaxşı şans olduğunu bəyan edib.
“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”, - Əliyev bazar günü Bakıda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.
Prezident ümid edir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcək. “Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq”, - Əliyev əlavə edib.
Dövlət başçısı vurğulaylb ki, “hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik”.
“Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub”, - Azərbaycan lideri deyib. **
R.Əhmədov