Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqi noyabrda BMT-nin İqlim Konfransında (COP29) iştirak üçün Azərbaycana səfərə dəvət edib.
“Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir”, - Əliyev bazar günü Bakıda NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatla çıxışında deyib.
Əliyev əlavə edib ki, Azərbaycan zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır. “Mən cənab baş katibi bu ilin noyabrında vəzifəsindən asılı olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə olsun”, - Azərbaycan lideri vurğulayıb. **
R.Əhmədov