NATO-nun baş katibiYens Stoltenberq bəyan edib ki, 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 konfransı qlobal istiləşmə ilə mübarizədə mühüm tədbir olacaq.
“İqlim dəyişmələri təhlükəsizlik üçün vacibdir və buna görə də o, NATO üçün də əhəmiyyətlidir. İqlim dəyişmələri böhranı dərinləşdirir. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq”, - Stoltenberq bazar günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxışında bildirib.
Onun sözlərinə görə, “biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq”.
“Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız. COP29 çox mühüm tədbir olacaq”, - NATO-nun baş katibi vurğulayıb.
Stoltenberq həmçinin Azərbaycanın Avropaya qaz tədarükündə artan rolunu alqışlayıb (Azərbaycanın qaz ixracının təxminən 50%-i Avropanın payına düşür, 2023-cü ildə onların həcmi 11,8 milyard kubmetr təşkil edib - İF). “(...) ölkənizin qazın çatdırılmasında, eləcə də gələcək enerjinin, yəni elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində daha mühüm rol oynadığını görməkdən məmnunam. Azərbaycan cəmiyyətlərimizin güclənməsində mühüm rol oynayır”, - o əlavə edib. **
R.Əhmədov