Protokolların 50%-nin hesablanması nəticəsində RF prezidenti seçkilərində Vladimir Putin 87,34% səslə liderdir.Bu barədə RF MSK-nın məlumatında deyilir.
İkinci yerdə - 4,11% səslə Dövlət Dumasının deputatı (RF Kommunist Partiyası fraksiyası) Nikolay Xaritonovdur. Üçüncü yerdə - 4,01% səslə Dövlət Dumasının vitse-spikeri, «Yeni insanlar» partiyasının üzvü Vladislav Davankovdur.
MSK-nın məlumatına görə, dördüncü yerdə - 3,11% səslə RLDP partiyasının rəhbəri Leonid Slutskidir. **